“Çoxlarını maraqlandırır ki, Aleksandr Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”.
Viral.az xəbər verir ki, bunu Monqolustanın keçmiş prezidenti Tsaxiaqiyn Elbeqdorj sosial şəbəkələrdə yazıb.
“Monqolustan “Roma statutu”nu qəbul edib. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır olun. Yaramaz diktator Kremlin layihəsini irəli aparmağa çalışır”, – deyə eks-prezident Lukaşenkonun həbsinə çağırıb.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
O, hazırkı hakimiyyəti də tənqid edib: “Monqolustan Baş nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etməyə çalışdığı üçün öz qüdrətini qoruyub saxlamaq istəyir”.