Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşür.
QMİ-dən Viral.az-a verilən məlumata görə, A.Paşazadə Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.
Avqustun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Braziliyaya səfər edəcək.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Səfərdə məqsəd Braziliyanın paytaxtı Braziliya şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.
Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir. “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda Şeyxülislam A.Paşazadə çıxış edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların daimi iştirakçısıdır və bugünədək baş tutan Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində fəal iştirak və çıxış edib.