Azad edilən ərazilərdə işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan Viral.az-a verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

Son Yazılar:

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair təsdiqedici sənədin surəti;

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.