Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Kursk bölgəsinə hücumda Britaniyanın ağır hərbi texnikasından istifadə edildiyi barədə məlumatı təkzib etməyib.
Viral.az bu barədə hərbi idarənin “Independent”in sorğusuna cavabına istinadən xəbər verir.
“Müdafiə Nazirliyi “Challenger 2” tanklarının Rusiya ərazisində olduğunu inkar etməyib”, – nəşr yazıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Məqalədə qeyd olunub ki, nazirlik Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna “özünümüdafiə hüququ” elan edib ki, bu da Rusiya Federasiyası ərazisində əməliyyatların keçirilməsini istisna etmir.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Sky News” telekanalı Ukrayna ordusunun Rusiyaya hücum zamanı Britaniyanın “Challenger 2” tanklarından istifadə etdiyini bildirmişdi.
(redaktor.az)