Avroviziyanın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il baş tutacaq 22-ci uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.
Bununla bağlı Viral.az-a kanaldan verilən məlumatda qeyd olunub:
“Ölkəmizdə müsabiqəyə marağın az olması, qatıldığımız illərdə çəkilən xərclər və reytinq nəticələrinin özünü doğrultmaması bu müsabiqədə iştirakı ikinci plana salmışdır.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Gələcəkdə uyğun və maraqlı namizəd olarsa, yenidən iştirakla bağlı planı nəzərdən keçirilə bilinəcəyin də mümkün olduğu məlumatda bildirilir”.
Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.
Ölkəmiz müsabiqədə son dəfə 2021-ci ildə iştirak etmiş, Sona Əzizovanın ifasında “One of Those Days” mahnısı ilə 5-ci olmuşdur