Azərbaycan millisi Türkiyəyə uduzdu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi ötən axşam Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Viral.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Görüş “Ərzincan 13 Şubat” şəhər stadionunda keçirilib. Matçı fransalı referi Aleksandra Kollin idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu – 4-cü pillədə qərarlaşır.

Son Yazılar:

Əlavə edək ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, Bakıda saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.