Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, 2015-2018-ci illərdə millət vəkili olmuş jurnalist Barış Yarkadaş yeni partiyanın yaradılacağı barədə iddialarla çıxış edib.
Viral.az xəbər verir ki, Barış Yarkadaşın sözlərinə görə, Demokratiya və Tərəqqi Partiyasının (DEVA) sədri Əli Babacan, Gələcək Partiyasının (GP) lideri Əhməd Davudoğlu və Səadət Partiyasının (SP) başçısı Temel Karamaollaoğlu bu üç təşkilatı birləşdirməyi planlaşdırırlar.
Yarkadaşın sözlərinə görə, adıçəkilən siyasətçilərin iştirakı ilə yaradılacaq yeni partiyaya Türkiyənin 11-ci prezidenti olmuş Abdulla Gül (2007-2014) sədrlik edəcək.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Jurnalist Türkiyənin “TV100” televiziyasının saytında dərc olunan məqaləsində yazıb:
“Gül və onun yaxın ətrafı Ərdoğandan sonra gələcək dövr üçün mövqelərini müəyyənləşdirir. Abdulla Gül yeni partiyanın yaranmasına və siyasətə müsbət baxır”.