“Zirə” pley-off mərhələsində – Tarixində ilk dəfə 

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında oyun başa çatıb.

 

Viral.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan təmsilçimiz adını tarixində ilk dəfə pley-off mərhələsinə yazdırıb – 2:1.

Son Yazılar:

 

İlk görüş 1:1 hesablı bərabərliklə bitmişdi.

 

Qeyd edək ki, pley-off mərhələsindəki rəqibimiz Kiprin “Omoniya” komandası olacaq.