Azərbaycan UEFA reytinqində iki pillə GERİLƏDİ

Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində iki pillə geriləyib.

Viral.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

Son Yazılar:

“Qarabağ” Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) “Ludoqorets”ə qalib gəlib – 7:2.

“Sabah” UEFA Konfrans Liqasında Bakıda “Sent Patriks Atletik”ə məğlub olub (0:1), “Zirə” isə “Osiyek”lə heç-heçə edib – 2:2.

“Qarabağ”ın qələbəsi Azərbaycanın aktivinə 0,250, “Zirə”nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.