Sumqayıtda mənzildə qumbara partladı – ölən var

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.

Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Son Yazılar:

11:15

Sumqayıt şəhərində mənzildə partlayış olub.

Viral.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (report).