Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib.
Viral.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən “qafqazinfo”ya bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.
“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, – açıqlamada vurğulanır.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü bildirmişdi.