Nazirlik ildırım vurması halları ilə bağlı müraciət YAYDI

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.

Viral.az xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zəruridir.

Son Yazılar:

Yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
 

Belə ki, ildırım zamanı:
 

– qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;

– evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

– telefonla danışmayın;

– elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

– daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;

– ⁠nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

– düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;

– yüksəklikdəsinizsə, çökək yerə enin;

– su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

– yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

– avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

– bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;

– qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!