2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Viral.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.
Son Yazılar:
- Milyoner cütlüyün toydan bir ay sonrakı davası: Bakıda maraqlı BOŞANMA
- Müğənni Ramal efirə tanınmaz halda gəldi
- Metroda sərnişin relslərin üzərinə YIXILDI
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan – 2,3 dəfə, Çindən – 2,1 dəfə, İspaniyadan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Qırğızıstandan – 1,7 dəfə, Filippindən – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, İordaniyadan – 49,7 faiz, Omandan – 47,0 faiz, İrandan – 46,5 faiz, Səudiyyə Ərəbistanından – 42,8 faiz, İtaliyadan – 38,7 faiz, Yəməndən – 35,9 faiz, Türkmənistandan – 33,0 faiz, Polşadan – 31,8 faiz, Küveytdən – 29,3 faiz, Misirdən – 29,2 faiz, Özbəkistandan – 25,6 faiz, ABŞ-dan – 21,9 faiz, Ukraynadan – 20,5 faiz, Türkiyədən – 19,6 faiz, Almaniyadan – 19,3 faiz, Tacikistandan – 17,8 faiz, Rusiya Federasiyasından – 16,9 faiz, Bəhreyndən – 14,3 faiz, Fransadan – 13,5 faiz, Gürcüstandan – 11,8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 7,5 faiz artıb.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olub.