Rospotrebnadzorun Vektor Mərkəzində meymunçiçəyi xəstəliyinin qarşısının alınması üçün peyvənd mövcuddur.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə nəzarət qurumunun mətbuat xidməti məlumat yayıb.
“2022-ci ildə Rospotrebnadzorun Vektor Mərkəzi bu xəstəliyin və digər ortopoxvirus infeksiyalarının qarşısının alınması üçün dördüncü nəsil peyvəndi, texnoloji cəhətdən inkişaf etmiş, dünya səviyyəli bir dərman olan OrthopoxVac-ı qeydiyyata alıb”, – məlumatda qeyd olunub.