Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Danışıqların mövzuları arasında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər” önə çıxır.
Son Yazılar:
- 30 milyon insanın həyatı təhlükə ALTINDADIR
- Cüdoçularımız Avropa Kubokunda 4 medal QAZANDI
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
Kremlin açıqlamasında qeyd edilib ki, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında baş tutub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidentini münasib vaxtda yenidən ölkəyə səfərə dəvət edib.
(redaktor.az)