Tyaqo Alkantara İspaniyanın “Barselona” klubunun məşqçilər korpusunu tərk edib.
Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı sabiq futbolçunu Kataloniya təmsilçisinin gənclərdən ibarət komandası ilə işləyən Arnau Blanko əvəzləyib. İyulda karyerasnı bitirdiyini elan etdikdən sonra T.Alkantara “Barselona” klubunda baş məşqçi Hans Flikin köməkçisi vəzifəsinə təyin olunmuşdu.
Son Yazılar:
- Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
- Bir milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs OLUNDU
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü Çempionlar Liqasının (2) və Klublararası Dünya Çempionatının qalibi, 7 qat Almaniya, 4 qat İspaniya çempionudur. O, İspaniya millisində meydana çıxdığı 46 oyunda 2 qolla yadda qalıb.