ABŞ-ın keçmiş birinci xanım Mişel Obamanın anası Marian Robinson vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə mərhumun ailəsi NBC-yə bildirib.
Robinsonun 86 yaşı var idi.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
“O, bu səhər vəfat etdi və indi heç birimiz onsuz necə davam edəcəyimizi dəqiq bilmirik”, – ailə üzvləri deyiblər.
Marian Robinsonu dünyaya kürəkəni Barak Obama 2008-ci il prezident seçkilərində qalib gəldikdən sonra tanıtdı.
Ömrü boyu Çikaqo sakini olan Marian Robinson 2009-cu ildə Ağ Evin iqamətgahında yaşamaq və o zaman yeddi və on yaşında olan nəvələrinə qulluq etmək üçün Vaşinqtona köçməyə razılaşmışdı.