Tikinti materiallarının istehsalı sahəsində bu ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 779,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz artıb.
Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2 faiz, beton istehsalı 31,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 faiz, sement istehsalı 12,8 faiz, tikinti gipsinin istehsalı isə 10,4 faiz artıb.