“Şuşa Real Məktəbi Şuşanın ən böyük tarixi abidəsidir. Ona görə burada təmir yox, bərpa işləri aparılır”.
Viral.az xəbər verir ki, bunu Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası zamanı jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, planlara görə, Məktəbdə təhsil 2026-ci ilin sentyabr ayında başlayacaq.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
“Təhsil istiqaməti olaraq, incəsənət, mədəniyyət olması planlaşdırılır. Eyni zamanda, bu müəssisə daha çox ali təhsil, orta ixtisas təhsili verən qurum olacaq. Bu, Qarabağ Universitetinin aidiyyəti bir qolu olacaq”, – deyə nazir əlavə edib.