Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.
Viral.az xəbər verir ki, bu barədə səhiyyə naziri Kamal Memişoğlu “Habertürk” telekanalına açıqlamasında bildirib.
Son Yazılar:
- Bələdiyyə seçkilərinin vaxtı AÇIQLANDI
- “Verilişdən sonra ürəyim getdi yıxıldım”
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək: Prezident təsdiq ETDİ
“Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”.
Yerli mətbuatın yazdığına görə, meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün Türk Hava Yollarının stüardessaları Afrikaya uçuşlarda maska və əlcəklərdən istifadə edəcəklər.