Goranboyda qəza – 5 nəfər xəsarət aldı

Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Viral.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil maneəyə çırpılıb.

Qəza nəticəsində 1965-ci il təvəllüdlü S.Mirsəddinova, 2000-ci il təvəllüdlü K.Məmmədova, 1980-ci il təvəllüdlü S.Yaqubova, 2006-cı il təvəllüdlü A.Cəfərov, həmçinin sürücü xəsarət alıb.

Son Yazılar:

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.