Yol qəzasında 3 nəfər yanaraq öldü

Rusiyanın Xabarovsk diyarında Xabarovsk-Lidoqa-Vanino avtomobil yolunda ağır yol qəzası baş verib.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə diyarın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

Qeyd olunub ki, iki avtomobilin toqquşması nəticəsində dörd nəfər dünyasını dəyişib, onlardan üçü isə qəza zamanı yanan avtomobildə olub.

Son Yazılar:

Vurğulanıb ki, xəsarət alan iki azyaşlı sərnişin tibb müəssisəsinə aparılıb. Hadisənin baş vermə şəraiti, ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.