Vulkanın külü 5 kilometrə qədər yüksəldi

Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.

Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.

Son Yazılar:

Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.