Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetindəki (BDU) “SABAH” qruplarının bağlanmasına aydınlıq gətirib.
Viral.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında deyib ki, “SABAH” qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub.
“Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. “SABAH” qrupunun əsas fəlsəfəsi tələbələri bir ali təhsil müəssisəsində toplamaqdır”.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Emin Əmrullayev bildirib ki, “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil:
“Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.