İslam Əməkdaşlıq Təşkilatı (İƏT) oktyabrın 26-da Sahel və Çad gölü bölgələrində qaçqın və köçkünlərə kömək məqsədilə resursların səfərbər edilməsi üçün donorlar konfransı keçirəcək.
Viral.az xəbər verir ki, bu barədə qurumun Baş katibliyinin 19 avqust – Ümumdünya Humanitar Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Baş katiblik regional humanitar problemlərin həllinə dəstək məqsədilə hər kəsi bu kollektiv səyə qoşulmağa çağırıb.