Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu səfərdə Zaqreb “Dinamo”suna qarşı keçirəcək “Qarabağ”ın son məşqinin vaxtı bəlli olub.
Viral.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün son məşqinə çıxacaq.
Baş məşqçi Qurban Qurbanovu yetirmələrini Bakı vaxtı ilə saat 22:15-də qarşılaşmanın keçiriləcəyi “Maksimir” stadionunda məşqə çıxaracaq. Bundan yarım saat əvvəl – saat 21:45-də Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Son Yazılar:
- Ermənistan və İran birgə hərbi təlimlər KEÇİRƏCƏK
- “TikTok”da tanımadığı qadının adına əxlaqsız səhifə açdı
- Məhkəmə Afiyəddin Məmmədov barəsində qərar VERDİ
Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq