Bakının Buzovna qəsəbəsindəki 8 nömrəli internat məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Yaqub Mahmudov ilə görüş keçirilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən Viral.az-a verilən məlumata görə, görüş 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Akademik Yaqub Mahmudov məktəbliləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, Azərbaycanın zəngin dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərimizdən, Qarabağ Zəfərindən və ölkəmizdə uşaqların xoşbəxt böyüməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə göstərilən hərtərəfli dövlət qayğısından ətraflı danışıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Tədbirin sonunda məktəbin direktoru Pəri Paşayeva bu mühüm görüşə görə Yaqub Mahmudova kollektiv adından dərin minnətdarlığını bildirib.