2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Viral.az-a bildirilib ki, bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib.
2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Son Yazılar:
- Çexiya Maliyyə Nazirliyi sentyabr daşqınlarından dəyən ziyanı təxminən 2,9 milyard dollar qiymətləndirib
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Agentlik tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildirir ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Xatırladaq ki, I sinfə elektron qəbulu prosesinə mayın 1-dən başlanılıb.