Avropa İttifaqı yaxın gələcəkdə öz ordusunu yarada bilməyəcək.
Viral.az xəbər verir ki, bunu Santander Universitetində çıxış edən Aİ diplomatiyasının rəhbəri Xosep Borrel deyib. Onun çıxışı Avropa Komissiyasının xidmətləri tərəfindən yayımlanıb.
“Bu, bir gecədə baş verməyəcək. Suverenliyi müəyyən edən ordu, ortaq valyuta və ümumi sərhədlərdir. Bizə qalan ordunun yaradılmasıdır, lakin bunu etmək çox çətindir. Bizə yekdil qərar lazımdır (Aİ üzvü olan ölkələrin – red.), lakin yekdilliyə nail olmaq çətindir”, – deyə o, Aİ-nin yaxın gələcəkdə öz silahlı qüvvələrini yarada bilməyəcəyini vurğulayıb.
Son Yazılar:
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
- Ombudsman İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
(redaktor.az)