“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan və Rusiyanın Hind okeanına çıxışını təmin edəcək.
Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı birgə planlarımızı xüsusilə qeyd edəcəyəm. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutlardan qarşılıqlı fayda əldə etməyə imkan verəcək”, – o qeyd edib.