Saakaşvilinin partiyasının ofisinə hücum oldu

Dünən gecə yarısından sonra bir qrup naməlum şəxs Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının ofisinə hücum edib.

Viral.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti Facebook sosial şəbəkəsində məlumat yayıb.

Yerli vaxtla saat 2:30-da partiya nümayəndələri polisin müşayiəti ilə 30-40 nəfərin gəldiyini görüblər. Daha sonra onların sayı yüzə çatıb. Partiya aydınlaşdırıb ki, hücum edənlər ofisdə yarım saatdan çox qalıblar.

Son Yazılar:

“Ofisin ön hissəsi zədələnib, şüşələri sınıb, avadanlıqlar xarab olub”, – partiyadan bildirilib.

“Vahid Milli Hərəkat” hücuma görə Bidzina İvanişvili rejimini ittiham edib. İvanişvili əvvəllər Gürcüstanın baş naziri olub və ölkənin hakim “Gürcü arzusu” partiyasının yaradıcısıdır.