Polis itkin düşən bu qızı axtarır

Abşeron rayon Mehdiabad qəsəbə sakini 2008-ci il təvəllüdlü Səma Məhərrəmova 10 gündən artıqdır itkin düşüb.

Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildiriblər.

Belə ki, avqustun 8-də taksi ilə yaşadığı yeri tərk edən 16 yaşlı qızdan daha sonra məlumat almaq mümkün olmayıb.

Son Yazılar:

Onun evi tərk edəndən sonra paytaxtın Nizami və Xətai rayonları ərazisində olması kameralara düşüb. Lakin hazırda harada olması məlum deyil.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Məhərrəmova Səma Əsgər qızının itkin düşməsi ilə bağlı axtarışa elan olunub: “Şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin olunacaq”.