“Son zamanlar sosial şəbəkələrdə test üsulu ilə tələbə qəbulunun ləğv olunması barədə yazılara rast gəlirəm. Məncə Məleykə xanım Abbaszadənin hansısa fikri təhrif olunur. İnsanların ən çox qorxuğu şey ədalətsizlikdir. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur”.
Viral.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev özünün feysbuk hesabında yazıb.
“Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır.
Son Yazılar:
- Azərbaycan Premyer Liqasında XIV tura yekun VURULDU
- İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ÖLDÜ
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
Şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür. Ədalət hər hansı digər göstəricidən üstündür.
Bəli, bütün ixtiyarı ədalətin təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramları ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. İnsan amilinə xərclənən vəsait isə məzmuna xərclənsə daha yaxşı olar. Məzmun məsələsinin mürəkkəb məsələ olduğunu bilirik. Bunun üçün çevik tədqiqatlara böyük eytiyac var. Və bu sahədə inersiyanın olduğunu hamımız yaxşı bilirik. Elm və Təhsil Nazirliyi, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır.
Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm”, – deyə E.Əliyev yekunlaşdırıb.
(redaktor.az)