Putinin Bakıya səfəri başa çatdı 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb.

 

Viral.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Son Yazılar:

 

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.