1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib.
Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid və qazi ailələri, onların övladları iştirak ediblər.
İştirakçılar şəhid və qazi övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edib. ŞİH-nin başçısı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin uğurla davam etdirildiyini qeyd edib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Millət vəkili uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulayıb.
ŞİH başçısı və deputat tərəfindən uşaqlara hədiyyələr verilib.
Sonda valideynlər daim qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Təşkil olunan görüşün uşaqların sevincinə səbəb olduğunu qeyd ediblər.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir V.Namazov adına Körpələr evi-Uşaq bağçasında davam edib.
Tədbirdə Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri iştirak edib.
Körpə balaların hazırladıqları mahnı və rəqs nümunələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Uşaqlarla birgə bayram tortu kəsilib.