Messi milliyə çağırılmadı

Lionel Messi Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsi oyunlarına dəvət almayıb.

Viral.az xarici mediaya istinadla xəbər verir ki, baş məşqçi Lionel Skaloni 28 nəfərlik heyətdə Messiyə yer verməyib.

Argentinalı Çili və Kolumbiyaya qarşı görüşlərdə forma geyinməyəcək. ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən hücumçunun yığmadan kənarda qalması səbəbi ilə bağlı açıqlama verilməyib. 

Son Yazılar:

Qeyd edək ki, Argentina sentyabrın 6-da Çili, 10-da isə Kolumbiya ilə qarşılaşacaq.