Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti qadağan edildi

Ukrayna Ali Radası Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu II oxunuşda qəbul edib.

Viral.az xəbər verir ki, bu barədə “ukrinform.ua” məlumat yayıb. Bildirilib ki, sənədlə ölkə ərazisində Ukraynaya qarşı müharibəni dəstəkləyən istənilən ölkənin dini qurumunun fəaliyyəti qadağan olunub.

Eyni zamanda hazırda mövcud olan dini qurumlarda təftiş aparılması da qanunun müddəaları sırasına daxil edilib.

Son Yazılar: