Evdə hazırlana biləcəyiniz yemiş dondurması – Dadlı və sağlam

Yayın bitməsinə az qalıb. Havalar soyumamış bu günləri yaxşı dəyərləndirmək lazımdır. Yayın əsl ləzzətlərindən biri isə dondurmadır. 

Viral.az bu dəfə sizə evdə hazırlana biləcəyiniz yemiş dondurması resepti təqdim edir. Bu dondurma həm çox dadlı, həm də sağlamdır. 

Bu reseptə görə evdə hazırlanmış yemiş dondurması inanılmaz dərəcədə aromatik və tenderdir. 

Son Yazılar:

Lazım olan ərzaqlar:

3 stəkan doğranmış yemiş (təxminən 450 q).

1/2 fincan şəkər (və ya bal əlavə edin).

1 stəkan qaymaq (yağ tərkibi 33%).

Vanil

1 xörək qaşığı limon suyu.

Blenderdə yemiş, şəkər və ya balı, limon suyu və vanil əlavə edərək qarışdırın. Daha sonra qaymağı töküb qarışdırmağa davam edin. Qarışığı qablara tökün və dondurucuya qoyun. Üzərindən bir neçə saat keçdikdən sonra dondurmanı süfrəyə təqdim edə bilərsiniz. İstəyə uyğun olaraq onu təzə nanə yarpaqları və yemiş dilimləri ilə bəzəyin (lent.az).