Naxçıvanda 2024-2025-ci tədris ili üzrə 3713 uşaq I sinfə elektron qaydada qəbul edilib.
Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində, həmçinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Son Yazılar:
- Hacıqabulda qonşusunun atını öldürən şəxs CƏRİMƏLƏNDİ
- 2 yaşlı uşağın ölümünə səbəb olan sınıqçıya hökm OXUNDU
- Laçın və Şuşada əmək yarmarkaları təşkil EDİLƏCƏK
Bu günə qədər ümumilikdə Naxçıvanda 2024-2025-ci tədris ili üzrə 3713 uşaq I sinfə elektron qaydada qəbul edilib.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.