“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.
Viral.az-ın məlumatına görə, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gəlib.
İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 7:1.
Son Yazılar:
- İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ÖLDÜ
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
Qeyd edək ki, “Araz-Naxçıvan” sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.