Həftə boyunca “Omoniya”nın oyunlarını təhlil etmişik.
Viral.az xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev UEFA Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşərkən deyib.
Oyunöncəsi mətbuat konfransına qatılan paytaxt təmsilçisinin yarımmüdafiəçisi Kipr təmsilçisinin güclü komanda olduğunu söyləyib:
Son Yazılar:
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
- Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavəni təsdiq ETDİ
“Omoniya” güclü komandadır. Həftə boyunca rəqibin oyunlarını təhlil etmişik. İnşallah, sabah hər şey meydanda istədiyimiz kimi gedəcək. Ən yaxşı nəticə ilə vətənə qayıdacağımıza inanıram. Ümumilikdə isə cütün taleyi Bakıda həll olunacaq”.
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.