Komandalar arasında səviyyə fərqi aşkar görünürdü.
Viral.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya) komandası üzərində 7:1 hesablı qələbədən sonra deyib.
Mütəxəssis oyun ərzində qol epizodlarının çox olduğunu bildirib:
Son Yazılar:
- Spirtli içkilər xərçəng riskini ARTIRIR – Həkim AÇIQLADI
- Kitaba “toy” tutanlar…
- Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
“Qol epizodlarımız çox olsa da, hamısını reallaşdıra bilmədik. Komanda tapşırıqların hardasa 70 faizini yerinə yetirə bildi. Çətinlik çəkməyimizin səbəbi parketlə bağlı ola bilər. Çünki biz sürətli oyuna üstünlük veririk. Bu örtükdə isə top demək olar, zəif sürətlə hərəkət edir. Bu, hər iki komandaya çətinlik yaradan amil idi. İkinci hissədə daha çox epizod realizə etməyi bacardıq. Hesab daha fərqli ola bilərdi. Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Araz-Naxçıvan” daha güclü, baxımlı oyun nümayiş etdirdi. Bu qələbə hələ heç nəyi həll etmir. Daha 2 vacib oyunumuz var. Artıq onlar haqda düşünməliyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.