Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri TUTDU

İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıb.

Viral.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.

Son Yazılar:

Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.