İlham Əliyev bu ölkəyə səfər EDƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri edəcək.

Viral.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq.

Son Yazılar:

Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.

Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.

Diqqət mərkəzində qarşılıqlı dövriyyənin artırılması, kooperativ layihələrinin yeni portfelinin yaradılması, işgüzar əlaqələrin inkişafı, o cümlədən bölgələrarası birja, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və digər məsələlər olacaq.

Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.