Ronaldo sosial şəbəkədə yeni rekorda İMZA ATDI

Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo “YouTube” platformasında rekorda imza atıb.

Viral.az ESPN-ə istinadən xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

“YouTube” bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

Son Yazılar:

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.