İnsult riskini artıran səbəblər AÇIQLANDI

Hipertoniya, piylənmə, yüksək qan xolesterolu və nizamsız ürək döyüntüsü insult riskini artırır. 

Viral.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Vladimir Martınov yerli mətbuata danışıb.

Həkim vurğulayıb ki, illik tibbi müayinə risk faktorlarını müəyyən edə bilər: 

Son Yazılar:

“Hipertoniya aşkar edilərsə, mütəmadi olaraq qan təzyiqini ölçmək və təzyiqi azaldan dərmanlar qəbul etmək vacibdir. Sağlam çəki saxlamaq, sağlam qidalanmaq və duz qəbulunu məhdudlaşdırmaq da vacibdir”.

Nevroloq bildirib ki, yüksək xolesterin və ya aritmiya qan laxtalanmasına səbəb olur və bu da insultla nəticələnir.

Onun sözlərinə görə, bu durumda xolesterol və qan şəkərinin səviyyəsini izləmək və zəruri hallarda statinlər, antikoaqulyantlar və ya antidiyabetik dərmanlar qəbul etmək tövsiyə olunur.