“Silah anbarlarımız boşdur” – Tramp

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, bu ölkənin silah-sursatı yoxdur, çünki o, Ukrayna da daxil olmaqla, müttəfiqlərinə hər şeyi verir.

Viral.az-ın TASS-a istinadla məlumatına görə, o, Şimali Karolinada tərəfdarlarına deyib:

“Hazırda bizim heç bir sursatımız yoxdur. Bilirsiniz, biz hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Hamısını onlara vermişik. Anbarlarımız boşdur”.

Son Yazılar:

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü (Florida ştatından respublikaçı), Trampın seçki kampaniyasının etibarlı adamı Mayk Uols demişdi ki, eks-prezident seçkidə qalib gəlsə, avropalı müttəfiqlərindən tələb edəcək ki, Ukraynaya yardımın əsas yükünü Vaşinqton yox, onlar üzərinə götürsün.

(redaktor.az)