İsrail qırıcıları Hizbullahın raket qüvvələrinə hücum ETDİ

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Şıxina bölgəsində İsrail ərazisinə raket zərbələri endirən Hizbullah şiə hərəkatının raket qüvvələrinə hücum edib.

Viral.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Kfar Qila bölgəsində Hizbullah hərbi strukturuna hücum edib və İsrail artilleriyası Livanın cənubunda bir sıra bölgələrdə təhlükələri aradan qaldırmaq üçün zərbələr endirib”, – deyə mətbuat xidməti əlavə edib.

Son Yazılar:

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin daha əvvəl TASS-a verdiyi məlumata görə, son 48 saat ərzində Livandan atılan 180-dən çox raket və pilotsuz uçuş aparatı İsrail ərazisinə uçub, atəş nəticəsində bir israilli yaralanıb.

(redaktor.az)