Ukrayna ordusu PUA-larla Belqoroda hücum etdi

Belqorod vilayətinin Volokonovski rayonunun iki kəndi yenidən Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

Viral.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında bildirib.

Onun sözlərinə görə, xəsarət alan olmayıb.

Son Yazılar:

“Volokonovski rayonu yenidən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumlarına məruz qalıb”, – deyə o yazıb.

Novoe kəndində yardımçı tikililər və fərdi yaşayış evi yanıb, 2 avtomobilə və qaz xəttinə ziyan dəyib. Tişanka kəndində Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrdən partlayıcı qurğular atıblar.

Qubernator əlavə edib ki, fəsadlar barədə məlumatlar dəqiqləşdirilir.

(redaktor.az)