İtaliyanın Siciliya adasının sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb.
Viral.az xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin sualtı axtarış robotu və yanğınsöndürmə briqadasının dalğıcları dənizin 50 metr dərinliyində beş nəfərin cəsədini aşkarlayıb. Super yaxtanın sahibi, “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun qızı Hannanın, “Morgan Stanley International”ın prezidenti Conatan Blumerin və amerikalı vəkil Kris Morvillonun cəsədi sudan çıxarılıb. Digər cəsədin tanınması aparılır. Conatan Blumerin həyat yoldaşı Enn Elizabet Cudit və Kris Morvillonun həyat yoldaşı Neda Morvillo da itkin düşənlər sırasındadır.
Bununla da yaxtanın batması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xilasetmə qrupları hazırda itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.
Son Yazılar:
- Bakıda NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
- “Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində yaxtanın kapitanı Ceyms Ketfildin iki saat dindirildiyi bildirilir.
Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Palermo şəhərinin şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də olub.